Səlahiyyət müddəti noyabrda bitən Gürcüstan prezidenti Mixail Saakaşvili prezident sarayında ölkə vətəndaşlarına vida müraciəti edib.
Müraciəti telekanallar canlı yayımlayıb.
Mixail Saakaşvili Gürcüstan əhalisinə ona iki dəfə etimad göstərdiyinə görə minnətdarlıq edib, ölkəsinə və xalqına xidmət etməyin ən böyük şərəf olduğunu deyil.
“10 il əvvəl mən sizə gələcəyə səyahət təklif etmişdim. Amma sona qədər gedəcəyimiz vədini verməmişdik. Bu, çox maraqlı səyahət idi və həmin gələcək bu gün çatdı. O, sizə məxsusdur”, – Mixail Saakaşvili deyib.
Gürcüstan prezidenti müraciət zamanı bir neçə dəfə kövrəlir, səsi titrəyir.
Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkiləri keçirilib və “Gürcü arzusu” koailsiyasının namizədi Georgi Marqvelaşvili qalib gəlib.