Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli oktyabrın 28-də axşam Türkiyəyə gedib.
Cəmil Həsənlinin səfərinin məqsədi ötən ay fəxri üzv (Şərəf Üyəsi) seçildiyi Türk Tarix Qurumunun təqdimat mərasimində iştirak etməkdir. Oktyabrın 30-da təqdimat mərasimi keçiriləcək. Bu təqdimatdan sonra Cəmil Həsənlinin Türkiyədə Cümhuriyyət quruluşunun 90-cı ildönümü ilə bağlı məruzəsi olacaq.