The Guardian və BBC Ərəb-in dəstəyi ilə ərsəyə gələn və 10 illik qadın sünnətinə qarşı mübarizədən bəhs edən filmin təqdimatı olub. 30 milyon tamaşaçı kütləsi üçün hazırlanan film bu günlərdə ərəb dünyasında təqdim edilib.
Bu isə The Guardian-nın təqdim etdiyi filmin qısa veb versiyasıdı.
Filmin yaradıcı heyəti İraqın kürdlər yaşayan ərazilərində 10 il araşdırma aparıblar. Çəkilişlərdən sonra bu ərazidə qız sünnətinin son 5 illə müqayisədə yarıdan çox azaldığı məlum olub.
Filmin çəkilməsi üçün əsil əzmkarlıq göstərən Şara Amin və Nabaz Əhməd 10 il ərzində bu adətin qadınlara təsirləri, onların yaşayışı, uşaqları və evlilikləri barədə danışıqlar aparıblar:
“Onlarla danışa bilmək üçün bəzən həftələrlə, aylarla gözləməli olurduq, onları inandırmağa çalışırdıq. Bu şeylərdən danışmaq qadınlar üçün şəxsi, tabu məsələsidir. Üstəlik də bunu kamera qarşısında etmək böyük cəsarət tələb edirdi. Lakin bütün bunlara rəğmən biz onları danışdıra bildik”.
Bəlkə də buna görədir ki, 50 dəqiqəlik film bir külliyyat kimi görünür. Film İraqın parlamentində nümayiş olunandan sonra qanunvericilikdə də ciddi dəyişiklik edilib.
Qeyd edək ki, filmin çəkilişləri 2003-cü ildə Səddam Hüseynin devrilməsindən bir az sonra başlayıb.
Filmdə müxtəlif qadınlar sünnət olunduqları zaman hisslərindən, nə etdiklərindən, nə cür sünnət olunduqlarından və ailədəki problemlərindən danışıblar. Məsələn, filmdəki səhnələrin birində ana öz balaca qızını sünnət üçün apardığından danışır. Eləcə də özünün vaxtilə sünnət olunmasını söyləyərkən sünnət olunduğu ərəfələrdə çətinliklə gəzdiyini söyləyib.
Buradakı qadınların əksəriyyəti “Bu elə bir şey deyil ki, müzakirəyə çıxarılsın. Bu olmalı olan bir şeydir” deyərək qadın sünnətini adi ailə qaydası kimi qəbul edir. Digər qız isə bacısının sünnət edildiyi zaman infeksiyadan öldüyünü bildirir.
Molla film çəkənlərə Xitan-nın (sünnət etmə terminidir) mənəvi təmizlənmə olduğunu deyib. Bu ənənə İraq kürdlərinin əməl etdiyi İslamın sünni məzhəbinə aid olan bir qaydadır. Bu qaydaya Misirdə də əməl olunurdu. Tədqiqatlar göstərir ki, buradakı qadınların 80%-indən çoxu sünnət olunub. Lakin qadınların sünnət edilməsi təkcə Orta Şərqdəki müsəlman ölkələri ilə məhdudlaşmır, bu Afrika və İndoneziyaya da yayılıb. Bu adət hələ Fironun dövründə də var imiş.
İnsan Hüquqlarına Nəzarət Təşkilatından Nadya Xəlifə – “Bu qadınların şəhvani hisslərini nəzarətdə saxlaya bilməsi üçündür” – deyib.
Dünya SəhiyyəTəşkilatının hesablamalarına görə, hazırda dünyada 140 milyon qadın sünnət edilmiş vəziyyətdə yaşayır.
Film çəkənlər layihəni başlamaq üçün kəndlərə gedən zaman onlara məlum olub ki, burada hər bir qız sünnət edilib. Lakin hökumət sünnətin geniş yayıldığını təkzib edirdi.
http://youtu.be/p2jUX7Ojw4Y