Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı modelyerliyə başlayıb.
Virtualaz.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, komitə sədrinin qızı Kəmalə İbrahimova Azərbaycanda moda aləminə daxil olmaq iddiasındadır. Xanım İbrahimovanın geyimlərini hansı brend adı altında təqdim edəcəyi də məlumdur. Belə ki, o, geyimlərini “De Camie” brendi kimi üzə çıxaracaq.
Kəmalə İbrahimovanın gənc modelyerlərə dəstək olacağı deyilir.
Qeyd edək ki, Nazim İbrahimovun qızı bir müddət əvvəl Londonda yaşayıb.