Ömürlük azadlıq hüququndan məhrum edilsə də, xoşbəxtlik hüququnu itirməyib.
Qobustan həbsxanasında saxlanılan 34 yaşlı ömürlük məhkum Sergey Strelyayev bu ailə qurub. Həyat yoldaşı Lyudmila Alenikova ilə nikah mərasimi də həbsxanada baş tutub.
İki nəfəri qətlə yetirərkən , həyatının artıq 11 ilini həbsxanada keçirən Sergey 5 kitabın müəllifidir. Sonuncu kitabdakı şeirləri o iki ildir sevdiyi xanıma- Lyudmilaya həsr edib. Lyudmila ilə tanışlıq isə iki il əvvəl , Sergeyin şeirlərindən ibarət kitabının təqdimatında olub. Sonra məktublaşma , telefon danışıqları və evlilik təklifi…….
Sergeyə ilham verən də yatağının üstündə asılmış Lyudmilanın şəkilidi. Onlar bu günü çoxdan və səbirsizliklə gözləyiblər.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə işinin təşkili üzrə idarə rəisi vəzifəsini icra edən Rafiq ramazanov isə deyir ki, məhkumlar yalnız azadlıq hüququndan məhrum ediliblər. Onlara bütün şərait yaradılıb. Məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində daim tədbirlər görülür.
Bu hadisə bir daha göstərir ki, sevgi sərhəd tanımır.
http://youtu.be/bMsuWySvxVI