Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası qısa vaxt ərzində Ermənistan tərəfindən qaldırılan KTMT-yə daxil olan ölkələrdən üçüncü ölkələrə silah satışı ilə bağlı məsələyə baxacaq. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında KTMT PA-nın müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Anatoli Vıbornıy oktyabrın 31-də Azərbaycan-Ermənistan sərhəddinə baş çəkdikdən sonra bildirib.
Onun sözlərinə görə, KTMT ölkələri yaxın zamanlarda münaqişələrin sülh yolu ilə nizamlanmasına dair bəyanat qəbul etmək niyyətindədirlər: “KTMT-yə üzv olan dövlətlər münaqişələrin sülh yolu ilə nizamlanmasına dair bəyanat qəbul etmək niyyətindədirlər. Bununla bağlı həmin dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələrinin sədrləri məlumatlandırılacaq. Bundan başqa, Parlament Assambleyasına münaqişələrin sülh yolu ilə nizamlanmasına dair bəyanatın hazırlanmasını tövsiyə etmək təklif olunub və hazırda bu məsələnin siyasi həlli ilə bağlı çalışırıq. KTMT üzvü olmayan dövlətlərə silah satışı üzv dövlətlərin birinin etirazı olarsa, həyata keçirilməməlidir”.