Əməkdar artist Sənubər İsgəndərlinin “Kanal S”də aparıcılıq etdiyi “Gəlin danışaq” verilişinə dəvət alan aktrisa Vəfa Zeynalova son vaxtlar haqqında gəzən şayiələrə aydınlıq gətirib. Avropa.info xəbər verir ki, “Sənət övladlarımdan əvvəl gəlir” deyən Vəfa Zeynalovanın açıqlaması Sənubər İsgəndərlini də təəccübləndirib. Vəfa xanım sənət yolunda əlindən gələni edəcəyini, kimin onun haqqında nə danışmasından asılı olmayaraq, irəli gedəcəyini bildirib.