Netanyahu İranın nüvə proqramına dair Cenevrədə baş tutan danışıqlarla bağlı bildirib ki, tərəflərin əldə etmək istədiyi razılaşma təkcə İranın xeyrinədir və təhlükəli bir razılaşmadır.
Dünya “İran nüvə proqramına dair geri addım atmır, 5+1 ölkələri isə, sanksiyaları ləğv etmək istəyir. Bu pis bir razılaşmadır”. İsrailin baş naziri Benyamin Netanyahu ötən gün Qüds şəhərində rəsmi Tehranlar 5+1 ölkələri arasında baş tutan danışıqlarla bağlı şərhində bu cür açıqlama verib. Netanyahu bildirib ki, tərəflərin əldə etmək istədiyi razılaşma təkcə İranın xeyrinədir və təhlükəli bir razılaşmadır. Onun sözlərinə görə, bu cür razılaşma İranın nüvə dövlətinə çevrilməsinə imkan yaradacaq. Netanyahu, çıxışında, eyni zamanda, Yaxın Şərq Sülh danışıqları prosesinə də toxunub və beynəlxalq ictimaiyyəti fələstinlilərə qarşı həddən artıq nəvazişlə yanaşmaqda və onların zorakılıqlarına göz yummaqda günahlandırıb.
«Bu razılaşma bizim varlığımıza qarşı təhlükədir. Məsələ əgər yəhudilərin və yəhudi dövlətinin varlığından gedirsə, o halda mən səssiz dura bilmərəm»
«Mən danışıqlarda irəliləyiş olması üçün çətin qərarlar qəbul etməli olmuşam. Lakin qarşı tərəf də müəyyən qərarlar qəbul etməlidir. Beynəlxalq ictimaiyyət həmişə fələstinliləri əzizləməməlidir. Onların təhrikçiliyi və yəhudi dövlətini tanımamasına göz yummaq olmaz. Beynəlxalq ictimaiyyət qəbul etməlidir ki, sülh prosesi birtərəfli proses deyil və heç bir zaman belə olmayacaq»
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Keri bir qədər əvvəl Yaxın Şərq turu çərçivəsində hər iki dövlət rəsmiləri ilə görüşlər keçirmiş və sülh danışıqlarının uğurlu getdiyini bildirmişdi.