Bağlanmaq təhlükəsi qarşısında olan “Yeni Müsavat” qəzeti 10 noyabrda 24 yaşını dostlarının əhatəsində qeyd etdi. Müsavat rəhbərliyi – başqan İsa Qəmbər, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Partiya Məclisinin sədri Arzu Səmədbəyli, Xalq Partiyasının rəhbəri Pənah Hüseyn, DEVAMM sədri, deyerler.org portalının rəhbəri Hacı İlqar İbrahimoğlu qəzetimizin 24 illiyini təbrik etmək üçün redaksiyamıza gəldilər. Görüş isə daha çox qəzetin düşdüyü hazırkı çətin durum və çıxış yollarının axtarılmasının müzakirəsi ilə yadda qaldı. Çay süfrəsi arxasında aparılan müzakirələr qəzetin yaşamını davam etdirmək üçün bundan sonrakı strategiyanı müəyyənləşdirmək istiqamətində oldu.
Müzakirədən hazırlanan video-reportajı təqdim edirik.
http://youtu.be/2Fi38oWbVD4