“Azadlıq” qəzeti maliyyə böhranı və bank hesabına qoyulan həbslə əlaqədar bu gündən fəaliyyətini dayandırıb.
modern.az- bildirir ki, bunu “Azadlıq” qəzeti baş redaktorunun 1-ci müavini Rahim Hacıyev deyib. O, daha sonra əlavə edib: ““Azərbaycan” nəşriyyatına 20 min manatdan artıq borcumuz var. “Azadlıq”a noyabrın 12-nə qədər vaxt verilmişdi. Biz bu gün çox ciddi səylər göstərdik ki, vaxt uzadılsın. Amma səylərimiz nəticə vermədi, qəzet bağlandı”.
R. Hacıyevin bildirdiyinə görə, borcun yaranmasının səbəbi odur ki, qəzetin bank hesabı bağlanıb: “Məhkəmə bank hesabına həbs qoyduqdan sonra bütün yayım firmalarına “Azadlıq”a ödəniş etməmək tapşırılıb. Biz hətta maaşları ödəyə bilmirik”.
R.Hacıyev deyib ki, qəzetin internet saytı – azadlıq.info fəaliyyətini davam etdirəcək.