Bir həftədir ki, minval.az saytına dayanmadan güclü haker hücumları edilir.
Minval.az saytının baş redaktoru İlkin Qəmbərin musavat.com-a verdiyi məlumata görə, bu gün günorta saatlarından etibarən sayta olan hücumlar daha da şiddətlənib: “Bu səbəbdən saytın fəaliyyətində fasilələr əmələ gəlib. Lakin sayt bütün bunlara baxmayaraq fəaliyyətini davam etdirir”.
Minval.az rəhbərliyi hesab edir ki, bu mətbuata hücumun tərkib hissəsidir.