“Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşdıqca bu faciənin dünyada tanıdılması məsələsi geniş müzakirə olunur. Təbii ki Türkiyə Böyük Millət Məclisinin də fikri aydındır. Xocalı bir soyqırımı hadisəsidir”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaəqlər üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.
O, qeyd edib ki, Türkiyə parlamentində Xocalı soyqırımı kimi qəbul olumnmayıb: “Buna ehtiyac da yoxdur. Həm də bizim hüququmuz da yoxdur ki, onlara təzyiq göstərək. Hər halda biz istərdik ki, qəbul olunsun”.
N.Cəfərov burada müəyyən siyasi məqamların da olduğunu bildirib. “Yenə də bu mülahizələrdir. Bir müddət Türkiyə Ermənistanıla jest diplomatiyası oynadı ki, guya, bu yolla Ermənistanı yola gətirəcək. Münasibətlər kəskinləşdirilməsin, hətta “sərhədləri aça bilərik” mesajı verildi. İstanbulla Yerevan arasında təyyarə reysi var, 10 minlərlə Ermənistan vətəndaşı gedib Türkiyədə işləyir. Bu jestlər oldu. Amma fayda vermədi. Dünya parlamentlərinin Xocalı soyqırımını qəbul etməsi konteksində yəqin ki, Türkiyə parlamenti də bu işə ciddi baxır. Belə təzadlı vəziyyət var. Ermənistanla məsələləri guya, müəyyən qədər mülayimləşdirməklə Dağlıq Qarabağ problemini bütövlükdə həll etmək məramı ilə Xocalı soyqırımı məsələsini parlamentə qoyub, problemi müərkkəbləşdirməmək. Amma Ermənistan tərəfi də çox yaxşı bilir ki, Türkiyənin mövqeyi rəsmi sənəd olmasa da necədir”.