Hər yataq xüsusi özəlliklərə sahibdir. Yatmaqdan başqa yataqda gerçəkləşən digər fəaliyyət isə seksdir. Bəs yatağınızın cinsi həyatınıza necə təsir etdiyini bilirsiniz?
Ailem.az bununla bağlı maraqlı məlumatı təqdim edir.
Cütlüklər ən çox yataqda sekslə məşğul olurlar. Əlbəttə ki, evin digər yerlərində də bəzi fantaziyalar quranlar var. Ancaq cütlüklərin bir çoxu yataqdan kənarda cinsi yaxınlıq etdiklərində özlərini rahat hiss etmirlər. Yaxşı, bəs həm sağlam yuxu, həm də cinsəl yaxınlıq üçün yataqda hansı özəlliklər olmalıdır?
Xəyal gücünüzə uyğun olaraq seks həyatınız da zənginləşə bilər. Bu cür hallarda yerini rahat dəyişdirə biləcəyiniz yataq seçməlisiniz.
Elastik yataq seks zamanı asanlıqla pozalar dəyişdirmənizi və bu zaman vücudunuza zərər dəyməməsini təmin edəcəkdir. Elastik yataq seks zamanı daha çox zədələnən dizlərin ağrımasına mane olacaq.
Cinsi istəyin nə zaman yaranacağı bəlli deyil. Bu səbəbdən evdəki qonaqların, ya da qonşuların özəl həyatınıza dair səsləri eşitməsini istəmirsinizsə, səssiz yataq seçməlisiniz. Üzərində fiziki hərkətlərin uzun müddət davam etməsini nəzərə alaraq dözümlü, tez qırılmayan yataq seçmək lazımdır.
Sürtünməklə əlaqədər diz, qol və ayaqların zədələnməməsi üçün yumşaq fakturalı yataqlar daha məsləhətlidir.