Rusiya Belarusun Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirərək Qazaxıstan və Ermənistanla bu müdafiə sistemi formalaşdıracaq.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlərin təqdim edilməsi mərasimində deyib.
“Bu addım Avrasiya regionunda sülhün inkişaf etməsinə yardımçı olacaq”. Putin “Qərb-2013” Rusiya-Belarus strateji təliminin uğurla keçdiyini, gələcəkdə isə Ermənstan, Belarus, Qazaxıstan və Tacikistan qoşunlarının iştirakı ilə regional qruplaşmaların yaradılması məsələsinin gündəmdə olduğunu bildirib.