Sevil və Sevinc Səfərova bacıları “O səs Türkiyə” müsabiqəsinin ikinci mərhələsindən keçə bilmədilər.
“Qafqazinfo” xəbər verir ki, bu gün mahnı müsabiqəsinin ikinci mərhələsinə start verilib. Ebru Gündəşin komandasında olan azərbaycanlı bacılar və Tuğçe Gendigelen Özden Çavuşla birgə duelə çıxıblar.
“Türkan“ mahnısını ifa edən iştirakçılar arasından əslən azərbaycanlı olan Tuğçe Gendigelen möhtəşəm çıxışı ilə qalib çıxaraq növbəti mərhələyə vəsiqə qazanıb. Sevil və Sevinc bacıları isə müsabiqəni tərk etməli olublar.
http://youtu.be/CEMzwJoLM-8