Rusiya prezidenti Vladimir Putin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.
Putin-Ərdoğan görüşü Sankt-Peterburqda Rusiya-Türkiyə yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tutacaq.
Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri bu gün başlayacaq və sabah yekunlaşaq.