Ukraynanın xalq artisti, müğənni Ani Lorak Bakıdadır.
Axşam.az-ın məlumatına görə, sabah Heydər Əliyev Sarayında konsert verəcək sənətçi bu gün səhər saatlarında paytaxta təşrif buyurub.
Ukraynalı ulduz “Space” telekanalında yayımlanan “Şou+” verilişinin aparıcısı Tural Ozanla görüşərək ona özəl müsahibə verib. O, yaradıcılığından, şəxsi həyatından və Azərbaycanla bağlı düşüncələrindən danışıb.
“Maraqlı konsert verəcəyəm. Avropasayağı şou hazırlamışam. Tamaşaçıların razı qalacağına əminəm. Bakını çox sevirəm. Buraya tək işlə yox, həm də istirahətlə bağlı gəlmək istərdim” – deyə Ani Lorak bildirib.
Müğənninin Tural Ozanla özəl müsahibəsinə verilişin növbəti buraxılışında baxa bilərsiniz.