2013-cü ilin ən çox izlənən reklam çarxları bəlli olub
Həyat tərzi 2013-cü ilin reklam çarxlarının adı bəlli oldu. ANS PRESS-in “adme.ru” saytına istinadən verdiyi məlumata görə, bu araşdırmanı ABŞ-ın məşhur “Adweek” jurnalı aparıb. Dərgi seçilən 13 reklam çarxının ən çox baxış sayına görə müəyyənləşdirdiyini vurğulayıb.
Seçilən çarxlar içərisində 1-ci yerə “Dove” çıxıb. Bu reklam çarxına ümumilikdə 60 milyon nəfər baxıb, 4 milyon insan isə onu sosial şəbəkələrdə paylaşıb.