Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bununla bağlı ANS-ə müsahibə verib
Azərbaycan Azərbaycan prezidenti İlham Əliyevin ermənistanlı həmkarı Serj Sarkisyanla keçirdiyi görüşün təfərrüatları bəlli olur.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə eksklüziv müsahibəsində deyib ki, rəsmi İrəvan danışıqları davam etdirməkdə maraqlı kimi görünüb: “Burada əsas məqsəd müəyyən fasilədən sonra bu görüşlər seriyasını başlamaq idi. Yaxşı şərait hiss olundu. Ermənistan tərəfinin bu danışıqlarda müəyyən proseslərdən nəticə çıxararaq danışıqların irəli getməsi üçün məramı olduğu nümayiş etdirildi”.
Novruz Məmmədovun geniş açıqlaması sabah Mir Şahinin təqdimatında efirə gedəcək “Hesabat” verlişində olacaq. Onu da deyək ki, o, həmçinin rəsmi Bakının Vilnüs görüşünə qatılmasını da şərh edib.
http://youtu.be/7IIBMAMtm6I