Yeni fəaliyyətə başlayan köşklər qəzetlərə, o cümlədən dünənə qədər yaxına buraxılmayan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə əməkdaşlıq təklif edir.
“Yeni Müsavat”ın redaksiyasına daxil olan elanda Bakı şəhərində yerləşən “Kiosk Press” köşklərinin, eləcə də digər satış nöqtələrində qəzet, jurnal və başqa dövrü nəşrlərin yayılmasını təmin etmək istəyən redaksiyalar müqavilə bağlamağa çağrılır.
Elanda göstərilir: “Artıq 2014-cü il üçün nəşrlərin satış nöqtələrinə çatdırılmasına dair şərtlər işlənmiş, müqavilələrin bağlanmasına başlanmışdır. Bu il üçün ekspedisiya xərcləri cari ilə nisbətən daha da konkretləşdirilmiş və bəzi bəndlər üzrə 40%-ə kimi endirilmişdir.
Sənədlər və təkliflər dekabr ayının 15-nə kimi qəbul olunur”.
Redaksiyalara aşağıdakı əlaqə telefonları (070-814-70-22, 070-571-95-42) ilə əlaqə saxlamaq tövsiyə olunur.
Qeyd edək ki, qəzet yayımı ilə bağlı son iki ayda yaranmış problem redaktorların prezidentlə görüşündən sonra müsbət həll olunmaqdadır.