Bu günlərdə gənc müğənni Afaq Aslanın Türkiyənin “Beşiktaş” futbol klubunun oyunçusu Paskal Numayla gizli eşq yaşaması, hətta onun bir biznesmenlə ailəli olması, barədə mətbuatda ilginc xəbərlər yayıldı.
Publika.Az-a danışan müğənni bütün bu xəbərlərə aydınlıq gətirdi.
Türkiyənin “Beşiktaş” futbol klubunun oyunçusu Paskal Numayla gizlin eşq yaşamağın barədə xəbərlər yayıldı. Bu xəbər nə dərəcədə doğrudur?
– Gizlin eşq bir yana, deyirlər güya Paskaldan hamilə də qalmışam. Yəqin ki, bir müddətdən sonra deyəcəklər Afaq Paskaldan olan uşağını dünyaya gətirdi. Yalan söhbətdir. Bu xəbəri yayanlar məni gözügötürməyənlərdir.
– Paskalla olan fotonda çox sıcaq görünürsünüz?
– Əslində mən o şəkli Türkiyədə olarkən Bürcü Güneşin doğum günündə çəkdirmişdim. Özü də təkcə Paskalla yox, digər ünlü türk sənətçiləri ilə. Bax, telefonumda birgə şəkillərimiz də var-Şoumen Bəyazla, Kənan Doğulu ilə, eləcə də Paskalla. Sadəcə, maraq xatirinə istədim onlarla şəkil çəkdirim, vəssalam.
– Bəs niyə onların arasında məhz Paskalla adın hallandı?
– Görünür onunla olan şəkildə bir-birimizlə çox sıcaq münasibət hiss olunub, ona görə.
– Məsələ burasındadır ki, bu şəkil sənin telefonundadır. Deməli, fotonu yayan sənə yaxın adamdır?
– Bəli, özəl arxivimdən olan fotodur. Həmin fotonu da mənə özünü yaxın göstərən bir qadın tərəfindən yayılıb. Həmin qadın da mənim gözəlliyimi həzm edə bilmir. Qadın qısqanclığı deyilən bir şey var də.
– Sənət adamıdır?
– Nə vaxtsa sənətlə məşğul olub, indi də mənim adımla reklam olunmaq istəyir. Bununla belə, onun adını çəkib reklam etmək istəmirəm. Amma ona demək istəyirəm ki, özünü məndən qoru.
– Bunu hədə kimi qəbul etmək olar?
– Məni gözdən salmaq istəyən hər kəs bunu belə qəbul edə bilər.
– Bir ara Türkiyənin alt paltarların satışı ilə məşğul olan bir şirkətin siması olmaq təklifini almışdın?
– O təklifdən imtina etməli oldum. Çünki o təklifə razılıq versəydim, mənə qarşı hücuma keçərdilər. Azərbaycanda belə şeylər yaxşı qəbul olunmur axı. Digər tərəfdən, bu müqaviləni imzalasaydım, digər bir şirkətlə işləmək imkanım məhdudlaşacaqdı.
– Hər halda, 100 000 manat əldən çıxdı?
– Bəli, bunun müqabilində mənə 100 000 min manat verəcəkdilər. Təəssüf edirəm, amma buna məcburdum.