Müalicəsi hələ də mümkün olmayan “super dişi” sindromu nədir?
Xromosom xəstəliyi hesab olunan “super dişi” sindromu hər 1000 qadından birində rast gəlinir. Bu sindrom daşıyıcısı olanlar qadınlara məxsus bəzi özəlliklərdən məhrumdular. Qadın xəstəlikləri üzrə mütəxəssis həkim Gökçen Erdoğan bu sindrom barədə məlumat verib. Onun sözlərinə görə, bu sindromu yaşayan qadınlar boyca digər qadınlardan hündür olurlar. Yaddaş zəifliyindən, danışma və öyrənmədə bir qədər çətinlik çəkirlər. Davranışları fərqli olur. Yalnız irəliləyən yaşlarında yaşamla ayaqlaşaraq evlənib uşaq sahibi ola bilərlər.
Bəs necə yaranır?
Normal qadınlarda X xromosomu ayrılaraq Y xromosomu ilə mayalanır. Ancaq genetik xəstəlik olan “Super dişi” sindromu daşıyıcısı olan qadınlarda mayalanma zamanı X xromosomu ayrılmır. Yəni bu sindrom daşıyıcısı olan xanımlar 46 deyil, 47 xromosoma sahibdirlər.
Fərqləri nədir?
“Super dişi” sindromu olan qadınlar digər qadınlardan çox az fərqlənir. Bu fərqlər hansılardır?
– Boyları normadan 7, ya 8 sm uzundur.
– Göz kənarlarında dəri qatları daha çox olur.
– Aybaşı pozğunluğu və erkən yaşda yumurtalıq çatışmazlığı problemləri olur.
– Utancaq olurlar. Özlərinə güvənləri az olur.
– Zəka baxımından da bəzi geridə qalırlar. Gec danışırlar və danışıqlarında müəyyən qüsurlar olur.
– Əzələ gücsüzlüyü yaşayırlar.
Bu xəstəliyin müalicəsi mümkün deyil. Ancaq ortaya çıxan əlamətlərə qarşı müəyyən müalicələr aparıla bilər. Əzələləri gücləndirilsə, psixolji dəstək alsalar, estrogen hormonu qəbul etsələr, bu, həmin qadınlara həyatlarına normal və rahat davam etmələrinə kömək edəcək.