<p”>
<p”>Yevda Abramov: “Bu ölkədəki Azərbaycan yəhudilərinin köməyi ilə…”
“Xarici ölkələrdə Azərbaycan diasporu dedikdə, onun tərkibində xüsusilə Avropa diaspor təşkilatlarında yəhudilərin ümumi faizi və çəkisi çoxdur”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin milliyətcə yəhudi deputatı Yevda Abramov deyib.
O, qeyd edib ki, İsraildə Azərbaycan diasporunu faktiki olaraq keçmiş Azərbaycan vətəndaşları olan yəhudilər təşkil edir:
“Çünki orda yaşayan azərbaycanlıların sayı digər ölkələrdəki azərbaycanlıların sayına nisbətən azdır. İsraildə qarışıq ailələrdən olan azərbaycanlılar da var. 80 minə qədər yəhudi vaxtilə Sovet İttifaqından İsrailə köçüb. Biz onların gücündən istifadə edib Xocalı soyqırımını İsrail parlamentində tanıtmaq istəyirik. Bunun üçün ciddi işlər aparılır”.