Sosial şəbəkələrin, poçt servislərinin və digər nəhəng saytların parolları hakerlər tərəfindən oğurlanıb. Bu barədə SpiderLabs kompaniyasının bloqunda məlumat verilib. ABŞ-ın “Trustwave” şirkətinin əməkdaşları sosial şəbəkə istifadəçilərinə aid məlumatların və 2 milyonadək şifrənin yerləşdiyi haker serverini aşkarlayıb.
Məlum olub ki, hakerlər arasında Facebook daha məşhurdur. Bazada sosial şəbəkələrin 320min akkauntunun məlumatları olub. Bir bu qədər də parol müxtəlif poçt servislərindən oğurlanıb. Bundan əlavə 70 min Gmail və YouTube, 22 min “Twitter”, habelə “Odnoklassniki” sosial şəbəkəsinin 9 min nəfər istifadəçisinin şəxsi məlumatlarını əldə edib.
Bir çox hallarda hakerlər çox da əziyyət çəkməyiblər. Çünki istifadəçilər rəqəm ardıcıllığından istifadə ediblər. Məsələn 16 min səhifəsinə giriş parolu 123456 olub. Digər məşhur hərf parolları arasında «password» və «admin» sözlərinə daha çox rast gəlinib.