Bu yaxınlarda 12 mahnıdan ibarət yeni albomunu təqdim edəcək
Şou-biznes Bəstəkar-müğənni Emin “Zvezdı nad Moskvoy” adlı mahnısına klip çəkdirib. ANS PRESS-in məlumatına görə, sənətçi yaxın dostları və media işçilərini başına toplayaraq klipinin təqdimatını keçirib.
Müğənninin bu mahnısı həm də yeni albomunda yer alacaq. Yaxın günlərdə işıq üzü görəcək diskdə, Eminin rus dilində ifa etdiyi mahnılar yer alacaq.
12 mahnının daxil olacağı albomda müğənninin mərhum ifaçı Müslüm Maqomayevin səsləndirdiyi “Sinyaya veçnost” mahnısı əsasında hazırlanan duet yer alacaq. Burada eyni zamanda “Amor”, “Ne işi menya”, “Tı ne odna” kimi bəstələr olacaq.
Eminin yeni klipini sizə təqdim edirik: