“Ukrayna Avropa Birliyi ilə assosiativ sazişinin imzalanması üçün əlverişli şərtlər hazırlanması işini sürətləndirəcək. Biz bu işi AB-nin 2014-cü ilin martına nəzərdə tutulan növbəti sammitinədək yekunlaşdırmaq əzmindəyik”. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi məlumata görə, bunu prezident Viktor Yanukoviç ölkənin üç sabiq prezidenti ilə görüşü zamanı bəyan edib.
“Biz hökumətə bu prosesi sürətləndirmək tapşırığı qoymuşuq. Qarşılıqlı anlaşma və kompromis tapılan kimi imza olacaq. Bizim iqtisadiyyatımızın risklərini minimuma endirmək lazımdır” – deyib prezident. Onun sözlərinə görə, artıq sabah şərtləri müzakirə eləmək üçün baş nazirin 1-ci müavininin rəhbərliyi ilə nümayəndə heyəti Brüsselə yollanacaq.