Yeni ticarət mərkəzinin ümumi sahəsi 250 min kv metr olacaq
Rusiyada yaşayan azərbaycanlı milyonçu Araz Ağalarov sirk inşa etdirmək niyyətində olduğunu açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Crocus Group”un sahibi Araz Ağalarov özünə məxsus yeni “Vegas-2” ticarət mərkəzində sirk inşa etdirəcək. Crocus Group”un vitse-prezidenti Emin Ağalarov bildirib ki, yeni ticarət mərkəzinin ümumi sahəsi 250 min kv.m olacaq.
İnşa ediləcək ticarət mərkəzi 2014-cü ilin yaz aylarında fəaliyyətə başlayacaq. Layihənin ümumi dəyəri 300 mln rubldur. Emin Ağalarov bildirib ki, yeni ticarət mərkəzini həftənin iş günləri 40 min, istirahət günləri isə 60-70 min nəfər ziyarət edə biləcək.
Rokfellerin buz meydançasının memarlıq üslubunda tiklən “Crocus City”-nin ərazisində “Akvarium Mehmanxana”sı, “Tvoy Dom” supermarketi, “Crocus City Mall” və yaxt klub inşa edilməsi planlaşdırılır. O, bu obyektlərin tikintisi 80 milyard rubla başa gələcəyi bildirilib.
Emin Ağalarov yeni tikintilərlə əlaqədar olaraq bildirib ki, hər istirahət günləri adlı-sanlı Rusiya sənətçilərinin konsertləri keçiriləcək.