Rəqqasə Oksana Rəsulova səmimi açıqlamalar verib.
Rəqqasə APA TV-nin “Bunker” verlişinin qonağı olan zaman müxtəlif mövzulara aydınlıq gətirib. R. Oksana Elşad Xose barədə də danışıb. Söhbət zamanı Oksana Rəsulovanın sevdiyi adamın narkotik maddə istifadəçisi olduğu məlum olub:
“Narkotiklərə nifrət edirəm. Həmişə belə şeylərə nifrət etmişəm. Amma elə adamı sevdim ki, onun keçmişi narkotiklə bağlı idi. Onu qəlbinin təmizliyinə görə sevdim və belə vərdişləri tərgitməsi üçün əlimdən gələni etdim. Hər tərəfli çalışdım. O insan bir-iki il bu vərdişdən uzaqlaşdı. İndi məşğul olub-olmadığını bilmirəm. Amma eşitmişəm ki, məşğul deyil. Artıq görüşmürük. Maraqlanmıramm. Bunun səbəblərini açıqlamaq istəmirəm. Əsas odur ki, indi mən yaxşıyam və mənim üçün hər şey yaxşıdır”.
gecce.az