Yanukoviç “martda Avropa Birliyi ilə asossiasiya sazişi imzalana bilər” deyir
Dekabrın 11-də Ukrayna assosiativ tərəfdaşlıq sazişinin imzalanması üçün Avropa Birliyi ilə danışıqları bərpa edəcək. Bu haqda Ukrayna prezidenti Bladimir Yanukoviç dekabrın 10-da ölkənin 3 keşmiş dövlət başçısı ilə görüşündə bildirib. Prezident Yanukpviçin sözlərinə görə, bu məqsədlə xüsusi nümayəndə heyəti artıq dekabrın 11-də Brüsselə yola düşə bilər: “Böyük ehtimalla sabah baş nazirin müavini Arbuzovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedəcək və işçi qrupların danışıqları başlayacaq”.
Dövlət başçısı deyib ki, artıq 2014-cü ilin martında bu sazişin imzalanacağı mümkündür: “Məqsəd çox sadədir. Biz Ukraynanın qani edən şərtlər istəyirik. Əgər şərtlər bizi qane etməsə, biz onların dəyişdirilməsini tələb edəcəyik. ”
9-dan 10-na keçən gecə Kiyevdə hüquq-mühafizə orqanlaranın əməkdaşları
. Ekspertlər prezidenti Yanukovişin bu bəyanatını vətəndaş etirazlarının nəticəsi sayır. Ancaq Ukraynada durum hələ də normala dönməyib. Dekabrın 9-dan 10-na keçən gecə xüsusi təyinatlıq dəstə – “Berkut” prezident sarayını mühafizə edən vətəndaşlara hücum edib. Yüzdən çox adamın yaralandığını xəbərevrir. Onarldan 60-pı xəstəaxnalara yerləşdirilib. Daxili İşlər Nazirliyi isə xəbər yayıb ki, ötən gün Maydan və ətrafındakı inzibati binaların qorunması zamanı milislər də vətəndaşların hücumu ilə üzləşib. Tooquçmalarda 50-yə qədər polis xəstəxanaya yerləşdirilib.
Bu arada ölkədə iqtisadi böhranın ilk işartıları görünməyə başlayıb. Attıq ikinci gündür vətəndaşlar pensiya və müavinətlərini ala bilmirlər. Hökumət başçısı Azarov pul qıtlıöının səbəbi ilə maraqlanan xarici qəzetşçilərə deyib ki, bütün bunlar iğtişaşlar yardan siyasi müxalifətin “xidmətləridir”. Onun sözlərinə görə yaxın günlərdə hökumət ehtiyat fondlar hesabına pul qıtlığı yaranmasının qarşısını almağa çalışacaq. Ukraynada siyasi təlatümlərin iqtisadi böhrana səbəb olacağını öncədən gözləyən Beynəlxalq Valyuta Fondu isə Ulraynaya maliyyə yardımı ayırmağa hazır olduğunu deyib.
Hüquq-mühafiə orqanları ilə müxalifət qüvvələrinin toqquşmaları dekabrın 10-da da davam edib. “Berkut” müxalifətin ən böyük birlklərindən olan “Batkivşina”nın ofisinə hücum edib. Onlarla insanın xəsarət alması haqqında xəbərlər var. Müxalifətin qərargahına xeyli ziyan dəysə də “Baktivşina”lılar baş ofislərini milisə təslim etməyiblər. Olaylar “5-ci Kanal”la canlı yayımlanıb. “Berkut”un dinc vətəndaşların üzərinə avtomat silahlarla yürüməsi Ykrayna cəmiyyətində etiraz dalğasını daha da gücləndirib. Baş verənlərdən sonra müxalifətə dəstək məqsədi ilə minlərlə Kiyev sakini Maydan Nezalejnosti (Azadlıq Meydanı)na axışıb.
Ötən gün hüquq-mühafizə orqanlarının müxalifətçiləri hədəf aldığı daha bir ünvan “UDAR” müxalifət hərəkatının ofisi olub. İçəridəkiləri amansızlıqla döyən polis onlarla müxalifətçini ölkədə iğtişaşlar təşkil etmək suşlaması ilə həbs edib. Milis qüvvələri ərazidəki traktor sürücüsünə traktoru vətəndaşların üzərinə sürmək tapşırığı verib. Ancaq UDAR-ın sədri Kliçko dərhal traktorun kabininə çıxaraq sürcünü yerə endirib. Müxalifət lideri israrlı şəkildə üzünü gizlədən traktorçuya indi müxalifətçilərin əlindən qurtulsa da ictimai qınaqdan can qurtara bilməyəcəyini deyib.
Dekabrın 10-da hava şərtlərini ağır olmasına baxmayaraq Maydan dağılmayıb. Minlərlə insan hakimiyyətin avrointeqrasiya məsələsində qəti addımlar atana qədər Maydanı tərk etməyəcəyini bildirir.