Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov mərhum dövlət başçısı Heydər Əliyevə ehtiram əlaməti olaraq bu gün Fəxri Xiyabana gəlib. Mütəllibov Heydər Əliyevin məzarı qarşısından keçib.
Qeyd edək ki, bundan öncə Ayaz Mütəllibov oktyabrın 9-da keçirilən prezident seçkisi zamanı ictimaiyyət arasına çıxmış və səsvermədə iştirak etmişdi. O, İlham Əliyevə səs verdi.
Ayaz Mütəllibov eks-prezident kimi hazırda dövlətdən 7500 manat müavinət alır. O, dövlət hesabına sürücü və mühafizəçi ilə də təmin olunub.
modern.az