Bəstəkar-müğənni Emin Ağalarov rus dilində səsləndirdiyi mahnıların yer aldığı “Na krayu” (“Kənarında”) adlı albomunu dinləyicilərin ixtiyarına verib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin gün ifaçı eyni zamanda ad gününü də qeyd edib.
Bu münasibətlə Emin “Krokus siti holl”da konsert verib. Gecədə maraqlı anlar yaşanıb. İfaçının hər çıxışını tamaşaçılar alqışla qarşılayıb. Müğənni gecə boyu onu izləməyə gələnlərlə maraqlı söhbətlər edib, zarafatlaşıb.
Emin albomu ərsəyə gətirməkdə ona məşhur müğənni Qriqori Lepsin ilham verdiyini bildirib. 12 bəstənin yer aldığı diskə Müslüm Maqomayevin “Sinyaya veçnost” (“Mavi əbədiyyət”) mahnısı da daxil olub.
Konsertdən sonra Emin ad gününü və yeni albomunu Moskvanın möhtəşəm restoranlarından birində qeyd edib. Onu təbrik etməyə gələn qonaqlar arasında aparıcı Yuli Qusman, Andrey Malaxov, Yana Rudkovskaya, müğənni Timati, Filipp Kirkorov, Stas və İnna Mixaylova, Sergey Zverev, aktrisa Aleksandr Revva, Natalya İonova və başqaları olub.