Cim Karterin canlandırdığı Şaxta Baba uşaqlara yalvarır, onlardan yardım istəyir.
Greenpeace təşkilatı Milad və Yeni İl bayramları ilə əlaqədar olaraq uşaqlara ünvanlanmış videomüraciət hazırlayıb.
Britaniyanın ən populyar teleseriallarından olan “Downton Abbey”də baş rollardan birini oynayan aktyor Cim Karterin canlandırdığı Şaxta Baba uşaqlara yalvarır, onlardan yardım istəyir.
“Bilirsiniz ki, şimalda, Arktikada yaşayıram. Qlobal iqlim dəyişiklikləri nəticəsində evim dağılır, əriyir. Məhv oluram! Əgər ən yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, evimlə bahəm, sizin üçün hədiyyələri yığdığım anbarım da məhv olacaq. ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə də məktublar yazmışam. Mənə yardım edin!” – Şaxta Baba bildirib.