Müğənni Beyons fanatlarına sürpriz edib.
Sənətçi buraxılışı haqda əvvəlcədən məlumat vermədiyi yeni albomunu təqdim edib.
Albomun özəlliyi yer alan mahnıların video formatında olmasıdır. Beyons bu yeniliyi belə şərh edib:
“Musiqi ilə görüntü arasında dərin əlaqə var. Bəzən görüntülərdə elə hislər ifadə olunur ki, onlar uşaqlığımızı yada salır, bizə sevginin, dostluğun, dəyərlərimizin “ətrini” verir. Bu səbəbdən yeni albomumu kliplərlə birgə təqdim etmək qərarına gəldim. Mən pərəstişkarlarımla birbaşa danışmaq istədim”.
Qeyd edək ki, 14 mahnı və 17 videonun yer aldığı albom “Beyons” adlanır.
http://youtu.be/SV3mAwuDFK8