Rusiya Dövlət Dumasının KİV üzrə komitəsi saytların məhkəmə qərarı olmadan bağlanmasına icazə verən qanun layihəsini qəbul edib. Musavat.com-un “Vedomosti”yə istinadən verdiyi məlumata görə, qanun layihəsini Vladimir Jirinovskinin Liberal Demokrat Partiyasından olan deputat Andrey Luqovoy hazırlayıb.
Qanun layihəsi üsyana, kütləvi iğtişaşlara, ekstremist fəaliyyətinə, terrora, qanunsuz kütləvi tədbirlərə çağırış edən, milli və dini nifaq yaradan saytlarla mübarizə məqsədilə qəbul edilir.
Saytların bağlanması ilə bağlı qərarı baş prokuror və ya onun müavinləri qəbul edəcək. Yeni qanun layihəsinə görə, bu qərardan sonra internet provayderinə məktub göndəriləcək.