Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü paytaxt restoranlarında təklif olunan qiymətlərlə bağlı kiçik araşdırma aparılıb.
“Neolit” restoranında 31 dekabra qədər və 1 yanvardan etibarən qiymətlər 50-100 manat arası, 31 dekabr günü isə bir nəfər üçün giriş qiyməti 150 manatdır.
“Oazis” restoranında qiymət 31 dekabr 100-150 manat, digər günlərdə isə 35-55 manat arası dəyişir. Bu restoranda adını birinci dəfə eşitdiyim bir müğənninin tanınmışlar siyahısında olması məni lap çaşdırdı.
“Divan otel”də isə yalnız 31 dekabr günü şou-proqram təqdim olunur. Proqrama hər cür isti və soyuq yeməklər,tanınmış müğənnilərin və rəqqasələrin çıxışı daxildir. Həmçinin bura gələnlərə müxtəlif növdə əyləncələr təklif olunur. Burda da bir nəfərin girişi 150 manatdır.
“Xəmsə” restoranı isə yalnız bir gün bayram şou proqram təklif olunur. Bir nəfər üçün giriş 80 manatdır. Apardığım sorğu zamanı ona yaxın restoranda təqribən eyni qiymətlər və menyu təklif olundu. Anlayacağınız cibinizi qalın edin ki, siz də ili gözəl məkanlarda qarşılaya biləsiniz.
modern.az