Parlament Jurnalistləri Birliyi (PJB) “İlin jurnalisti”, İlin telekanalı”, İlin qəzeti”, “İlin agentliyi” və “İlin portalı” nominasiyası üzrə qaliblərin adını açıqlayacaq. Bu barədə Modern.az saytına birliyin rəhbəri Elşad Eyvazlı məlumat verib. O, qeyd edib ki, PJB indiyə qədər media ilə əlaqəli müxtəlif nominasiyalar təsis edib:
“Qərara qldıq ki, bu ildən mütəmadi olaraq “İlin jurnalisti”, İlin telekanalı”, İlin qəzeti”, “İlin agentliyi” və “İlin portalı” nominasiyası üzrə qalibləri müəyyənləşdirək. Artıq sorğu anketləri hazırdır. Hesab edirik ki, PJB-in həyata keçirdiyi bu müsabiqə mediada işgüzar rəqabətin artırılmasına təkan verəcək”.