Kimyəvi silahların ən təhlükəli komponentlərini Suriyadan Danimarka və Norveçdən gələn gəmilər daşıyacaq
Dünya Suriya kimyəvi silahlarının ən təhlükəli komponentləri ABŞ gəmisində məhv ediləcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Kimyəvi Silahların qadağası üzrə təşkilatda Rusiyanın daimi nümayəndəsi Vasili Tituşkin deyib.
Onun sözlərinə görə, belə qərar təşkilatın İcraçı Şurası tərəfindən verilib. Vasili Tituşkin qeyd edib ki, kimyəvi silahların ən təhlükəli komponentlərini Suriyadan Danimarka və Norveçdən gələn gəmilər daşıyacaq. İtaliya limanlarının birində isə komponentlər məhv edilmək üçün ABŞ gəmisinə təhvil veriləcək.