Türkiyə Kubokunun qrup mərhələsində IV turun oyunları keçirilib. Publika.az xəbər verir ki, A qrupunda 1, B qrupunda 2 oyun baş tutub.
A qrupunda “Eskişəhərspor” “Bursaspor”u qəbul edib. Eskişəhər təmsilçisi matçı 1:0 hesablı qələbə ilə başa vurub. Qrupun digər oyununda bu gün “Akhisar Bələdiyyəspor” “Sivasspor”u qəbul edəcək.
B qrupunda isə əvvəlcə “Antalyaspor” səfərdə “Tokatspor”u 2:0 hesabı ilə yenib. Digər matçda isə “Qalatasaray” qrupda ona yeganə nəğlubiyyət acısı yaşadan “Elazığspor”u darmadağın edib.
Türkiyə Kuboku
29 yanvar
A qrupu
Eskişəhərspor – Bursaspor 1:0
Qol: Kristobal Yorquera, 89-pen.
B qrupu
Tokatspor – Antalyaspor 0:2
Qollar: Semih Şentürk, 78. Lamine Diarra, 90.
Qalatasaray – Elazığspor 3:0
Qollar: Ceyhun Gülselam, 38. Didye Droqba, 44. Sabri Sarioğlu, 85.