1. Natalinin valideynləri rus yəhudiləridir. Onlar uzun müddət Kişinyovda yaşayıblar.
2. Aktrisanın əsl soyadı – Herşlaqdır. Tərcümədə “ürək tutması” deməkdir. “Portman” ana nənəsinin soyadıdır.
3. Boyu 160 sm.-dir.
4. 8 yaşından vegeteriandır. Hətta hamiləliyi dövründə belə ət yeməyib.
5. Dünyanın 5 dilində sərbəst danışır: ivrit, ingilis, fransız, yapon və alman.
6. Aktrisalıq karyerası təsadüf nəticəsində başlayıb. 11 yaşı olarkən rəfiqələrilə kafedə olarkən Natalini model agentliklərindən birinin əməkdaşı görüb və onu reklama çəkilməyə dəvət edib.
Cazibədar “Oskar” gözəli haqqında maraqlı faktlar
7. Harvard Universitetinin “Psixologiya” fakültəsinin məzunudur. Dərslərini ləngitməmək üçün Natali ona təklif edilən 2 filmdən imtina edib. Onlardan biri baş rolda Leonardo Di Kaprionun çəkildiyi “Romeo və Culyetta” filmi idi.
8. “V – vendetta deməkdir” filminin çəkilişləri üçün saçını keçəl qırxdıran Portman Nyu-York polisi tərəfindən dəfələrlə “şübhəli şəxs” qismində saxlanılıb.
9. Uşaqlıqdan rəqqasə olmaq arzusunda olan Natali – caz, çeçyotka, klassik və müasir rəqsləri peşəkarcasına öyrənib. Onun bu yöndə olan arzusu qismən reallaşıb: Rəqqasa ərə gedib və “Qara qu quşu” filmindəki “balerina” obrazına görə “Oskar” mükafatı alıb.
10. Natali oğlunun adını Alef qoyub. Bu isə ivrit əlifbasının ilk hərfidir.
Cazibədar “Oskar” gözəli haqqında maraqlı faktlar
11. Hollivud rejissor, prodüser və aktyorları arasında “Yeni Odri” ləqəbilə tanınır.
12. “Qara qu quşu” filminin çəkilişləri zamanı Natali kəllə-beyin travması alıb, qabırğalarından bir neçəsini sındırıb. Rola uyğun olaraq isə 9 kq. arıqlamaq məcburiyyətində qalıb.
13. “Qoyi ruhları” filmi üçün pianoda ifa etməyi və avtomobil sürməyi öyrənib.
14. Sevimli aktyorları Ben Kinqsli, Bred Pitt, Con Terterro və Patrik Sueyzi, sevimli aktrisaları isə Culiya Roberts, Syüzen Sarandon və Cennifer Qreydir.
15. İndiyədək heç bir plastik əməliyyat etdirməyib. Fotoşopla üz cizgilərininin dəyişdirilməsi, xüsusən üzündəki xalların silinməsi onu əsəbləşdirir.
16. Makiyajda qırmızı dodaq boyasını sevmir.
17. Ən sevdiyi fənn riyaziyyatdır. Aktrisa bunu belə izah edir: “Riyaziyyatda həmişə hər şeyin cavabını tapmaq olur”.
18. Səyahətləri sevir. 2003-2004-cü illərdə Mərakeş və Qvatamelada yaşayıb. Mərakeşdə isə oteldə deyil, çadırda qalmağa üstünlük verib.