Şikayətçilər Ermənistan prezidentini qarşısını iqamətgahının önündə kəsib
Ermənistan prezidenti Serj Sarkisyan onun qarşısı kəsən şikayəçilərlə görüşüb. ANS PRESS-in Armenia Today saytına istinadən verdiyi məlumata görə, İrəvanın Kond kvartalının əhalisi S.Sarkisyanın iqamətgahı qarşısına toplaşaraq etiraz ediblər.
Etirazçılar 7 ildir ki, kiraya mənzildə qaldıqlarını artıq kirə ödəməyə pullarının olmadığını bildiriblər. “Hətta Koreyada da yoxsullar bizdən yaxşı yaşayır”, – deyə aksiya iştirakçıları şikayət edib.
Ancaq Sarkisyan şiklayətçilərdən ona şəxsən etiraz etməmələrini məsləhət görüb: “Mən sizin prezident olsam da hər şeydə məni günahlandırmamalısınız”. Serj Sarkisyan etirazçılarla bir neçə dəqiqə danışdıqan sonra avtomobilinə əyləşərək uzaqlaşıb.