İsrail ordu raportu Azərbaycanın MOSSAD-la əməkdaşlığı olan 4 müsəlman ölkəsindən biri (Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri) olduğunu ortaya qoyub.
Virtualaz.org “Turan”-a istinadən bildirir ki, xəbəri Türkiyənin “dünyabülteni” saytı yayıb.
Raportun Azərbaycana aid hissəsində İsrailin Azərbaycan və Əfqanıstana silahları Pakistan vasitəsilə satması qeyd edilir. Burada hərbi ixracat vasitəsilə İsrailin iqtisadi durumunu yaxşılaşdırmaqdan əlavə, strateji təhlükəsizlik maraqları olduğu da nəzərə çatdırılır. Nümunə kimi Azərbaycanla əlaqələrdə İranla bağlı bilgi toplanması məqsədi olduğuna diqqət çəkilir.