Xəstə aktyor ağır vəziyətdə ikən son günlər şeirlər yazırmış
Ağ ciyər infeksiyası və nəfəs çatışmazlığına bağlı olaraq septik şok əmələ gəlməsi nəticəsində çətin anlar yaşayan məşhur aktyorun son şeiri ortaya çıxıb.
ANS PRESS-in məlumatına görə, xəstə aktyor ağır vəziyətdə ikən son günlər şeirlər yazırmış. Onun son yazdığı şeiri Türkiyədə jurnallardan birinin üz qapağına çıxarılıb.
Aktyorun sözügedən həmin şeirini təqdim edirik:
“Zamanla aram çox yaxşı deyil,
bunun xaricində
özümü şanslı sayıram yenə də…
***
Tək qalmaqla əlaqədar
bir problemim yoxdur.
Sadəcə nəfəsini sevdiyim birinin
yaxınımda olmağı məni rahatlaşdırır.
***
Eqoistcə bir şeydir bilirəm;
amma bir-birimizə
ehtiyacımız olduğunu hiss edirəm
və bunun yaxşı olduğunu düşünürəm.
***
Zaman nəfəs almaqla
keçən günlər deyil,
kiminsə ağılında olmaqla bağlıdır bir az…
***
həyatın
saniyəölçənini
sən deyil,
sənin yanındakı tutar.
***
Bu qədər.”
Xatırladaq ki, aktyor 3 həftə əvvəl ağciyər infeksiyası və nəfəs çatışmazlığına bağlı olaraq septik şok keçirərməsilə ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı.
Hal-hazırda aktyorun ötən günlərlə müqayisədə yaxşı olduğu, gün ərzində həkimlərin müşayiəti ilə gəzdiyi bildirilir.