İnterpress.az-ın “Bir az Məndən danışın” rubrikasının suallarını məşhur və çox sevilən aktrisa Fidan Axundova cavablandırır.
– İllər bizi yetərincə dəyişir.
– Həyat bizə analarımızın öyrətmədiyi nəyi aşıladı?
– Analarımız bizə daha humanist olmağı aşılayıb. Mənə həyat bunun əksini öyrətdi.
– İnsan xarakterinin necəliyini , ancaq çətin anlardamı hiss edir?
– Xeyr. Normal hallarda da insanın xarakterini bilmək olar.
– Ən çox nədən qorxursan?
– Həyatda ən çox öz gözümdən düşməkdən qorxuram. Ona görə də öz daxilimə zidd olan, özümün həzm edə bilmədiyim hərəkətləri etməməyə çalışıram ki, sonra özüm -özümü mühakimə etməyim.
– Hər şeydən yorulanda daxili yenilənməyə,motiviasiyaya nə yardım edir?
– Mənə ən çox shopping yardım edir.
– Əliaçıq, şanslı insan olanda dost dediyin çox olar,bir də sən işdə gör,hamı bir-bir yox olar fikri ilə razısan?
– Mənim heç vaxt çox dostum olmayıb. Dost dediyim insanlardan da umacağım çox olmayıb. Həmişə hər şeyə öz gücümə nail olmağa çalışmışam. Amma indiyə qədər mənə dəstək olan bir neçə dostum var ki, çətin anımda mənə əl uzadıblar. Demək ki, dost sarıdan bəxtim gətirib.
– Ən böyük rahatsızlıq nədir?
– Vicdan ağrısı.
– Küsmək və incimək yerinə bəhanə arayanlar,sevib sevilmək üçün çarə axtaranlardansan?
– Sevib sevilmək üçün çarə axtaranlardanam.(gülür)
– Xoşbəxt olmaq üçün mütləq biri olmalıdır?
– Əlbəttə.
– İdeal kişi necə olmalıdır?
– Mənim nəzərimdə ideal kişi müəyyən qədər sərt, zəhmli, hökmlü, ağır təbiətli, pul qazanmağı bacaran, eləcə də pul xərcləməyi bacaran, ailəsinə sinə gərən, sevməyi bacaran, həyatdan zövq almağı bacaran və sairə… Bu siyahını çox uzada bilərəm …
– Mövlana deyirdi ki,əgər səni üzən adama hələ də salam verə bilirsənsə,o, sənin vicdanının sədəqəsidir.Vicdanın çoxmu lütfükardır?
– Xeyr. Üzülmək mənimçün ağrılı hissdir. Bəlkə, məni incidən insana salam verə bilərəm, amma məni üzən insana yox.
– Heç düşünmüsənmi, uşaqlıqda kaş o qədər xoşbəxt olmazdım,o məsudluq və sevgiyə indi daha çox ehtiyac var?
– Mən heç vaxt həddindən artıq xoşbəxt olmamışam.
– İnsanlara nəyi bağışlaya bilmirsən?
– Nankorluğu.
– Bəs özünə?
– Özümə bağışlamadığım çox şeylər var. Allah bağışlasın.
– Xəyanət nədir?
– Xəyanət insanın mənliksizliyidir.
– Kiməsə xəyanət etmisən?
– Xeyr.
– Özünə necə?
– Xeyr.
– Şirin-şirin yuxudaydıq,analar aldatdı bizi?
– Mənim anam heç vaxt məni şirin nağıllarla aldatmayıb. Həyatda güclü olmağı elə anamdan öyrənmişəm.
Mənim anam dünyada tək gözəldi,
Hər sözü, hər alqışı bir qəzəldi,
Çiynimdə bir əli sanki yüz əldi,
Ondan öyrənmişəm güclü olmağı.
İstərdim anamtək ana olmağı.
– Ən çox sevmədiyin söz..
– Ən nifrət etdiyim “nə isə” ifadəsidir.
– İnsanlarda hansı xüsusiyyəti sevmirsən?
– Daxillində “kim olduğunu” bilə-bilə, özünü dağ başına qoyma xüsusiyyətini.
– Pul hər şeydir?
– Pul hər şey deyil, amma çox şeydir.
– Xoşbəxtik anlayışı nisbidir. Səni nə xoşbəxt edir?
– Məni sevgim xoşbəxt edir.
– Keçən günlərini qaytarsaydılar,gələn günlərini qurban verərdin?
– Xeyr.
– Bu an könlünüzdən kim və nə keçir?
– Könlümdən keçənlər könlümdə qalsın.
– Sizin üçün çox dəyərli olan.
– Sevdiklərim.
– Kimə çox əzab vermisiniz?
– Özümə.
– Yerlərimizi dəyişsəydik,özünüzə hansı sualı verərdiniz?
– Necəsən?
– Hansı sual xoşunuza gəlmədi?
– Bütün sualları bəyəndim. Təşəkkür edirəm!
http://s004.radikal.ru/i207/1402/c4/9be8ba80316f.jpg