Nəsrin Cavadzadə – türk kinosuna imzasını yazmış gənc azərbaycanlı aktrisa. Bir çoxları onu “Acı”filminə qədər “tanımırdılar”. 2009-cu ildə Cemal Şanın çəkdiyi bu kinolentdən sonra N.Cavadzadəni həm Türkiyədə, həm də xaricdə “görə bildilər”. Filmin gətirdiyi məşhurluqla aktrisa özünə maraq yaratdı.
Beləliklə, Nəsrin Cavadzadə kimdir?
Modern.az-ın kiçik araşdırması: 1982-ci il iyulun 30-da Bakıda doğulmuş də aktrisa Türkiyəyə 11 yaşında valideynləri ilə birgə köçüb. Ailənin əksər üzvləri həkim olduğu Cavadzadələr balaca Nəsrinin gələcəkdə aktrisa olacağını heç güman etmirdilər. Anası Fəridə xanım qızının nadir qabiliyyətlərini uşaqkən görmüşdü. Artıq kiçik yaşlarında o, əzbərdən şeirlər oxuyurdu.
Türkiyəyə köçərkən yerli şivəni bilməyən Nəsrin bir sıra çətinliklər yaşadı. Çünki doğulduğu ölkədə – Azərbaycanda rusdilli məktəbdə təhsil almışdı. Bununla belə, Bakıdan 4-cü sinif şagirdi kimi xaricə köçən qızcığaz Anadolu türkcəsini tez mənimsədi. İstanbulda, Şişlidəki liseyi bitirənədək “Türkmən toyu” adlı tamaşayla ilk sınaqdan keçdi. Sonra
Mərmərə Universitetinin kino və televiziya fakültəsindəki təhsilini baŗa vurdu. 2007-ci ildə N.Cavadzadə Türkiyənin ATV kanalında “Yersiz Yurtsuz” adlı serialda çəkildi. Növbəti il isə Hüseyn Karabeyin “Getmək: Mənim Marlon Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” filmlərində rol aldı. Bu filmlərə görə Ərzurum, Bursa və Ankara festivallarında “Ən yaxşı qadın oyuncu” mükafatları aldı.
Camal Şanın “Acı” filmi isə ona Türkiyə miqyasını aşan şöhrət gətirdi. 2011-ci ildə yenə də ATV ekranlarında yayımlanan “Al Yazmalım” serialı ona böyük uğur qazandırdı. Daha sonra N.Cavadzadə “Gözəl günlər görəcəyik”, “Yangın var” filmlərində baş rollar aldı. Yenə də “ən yaxşı” mükafatları ilə sevindi.
Nəsrin Cavadzadə öz özəl şəxsiyyəti ilə də tanınır. Evdə çay içmək, mürəbbə bişirmək, xəmirdən biş-düş etmək şakərini gizlətməyən aktrisa həm də heyvansevər kimi tanınır. “Apiku”, “Çiko”, “Miço” və “Haiku” adlı dörd pişiyə evində yer vermiş N.Cavadzadə gözəl flamenqo və oriyental rəqs edir.
Boyu 1,67 sm, çəkisi 59 kq olan aktrisa idman məşğələlərindən geri qalmır. Rusca və ingiliscə sərbəst danışan Nəsrin Cavadzadə fransız dilini yavaş-yavaş unutmasından şikayətçidir.
Türkiyədə ötən il baş verən “Gəzi parkı hadisələri” zamanı isə Nəsrin Cavadzadə öz ictimai həssaslığı ilə məşhurlaşdı. Bununla o, baş nazir Ərdoğana etiraz edənlərlə bir yerdə olduğunu nümayiş etdirdi. Aksiyaçılara qoşulması ilə azərbaycanlı aktrisa şöhrətini daha da genişləndirdi.
http://s52.radikal.ru/i135/1402/89/fd27b05c3ee2.jpg
http://s020.radikal.ru/i706/1402/60/6ff117d2983f.jpg
http://s019.radikal.ru/i643/1402/59/ba74bebb86b5.jpg
http://s018.radikal.ru/i515/1402/3c/0c4030efb491.jpg
http://i031.radikal.ru/1402/f2/5a3cd885b176.jpg
http://s020.radikal.ru/i714/1402/77/aa43227502f3.jpg
http://s015.radikal.ru/i333/1402/41/01ea31bd8bac.jpg