Hadisə “Real Madrid”- “Atletiko Madrid” matçının birinci hissəsi bitdikdən sonra baş verib
“Kral Kuboku” revanş qarşılaşmasında “Atletiko Madrid” “Real Madrid”i öz meydanında qəbul edib. Matç maraqlı hadisə ilə yadda qalıb. ANS PRESS-in məlumatına görə, azarkeşlərdən biri “Real”ın ulduzu Kriştiano Ronaldonun başına alışqan tullayıb.
Matçın ilk yarısı “Real”ın xeyrinə 2:0 hesabı ilə bitib. Hakimin birinci hissəsinin bitməsini bildirən fit səsi çalmasıdan sonra Sergio Ramos ilə danışa-danışa tunelə doğru irəliləyən Ronaldonun başına azərkeşlərdən biri alışqan atıb. Hadisənin təsiri ilə bir müddət yerə oturan portuqaliyalı ulduza meydan kənarında ilk tibbi yardım edildi.