Fevralın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,43 dollar və ya 0,4% artaraq 1 barelə görə 100,37 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 12-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,11 dollar və ya 0,1% artaraq 108,79 dollar olub.