Osmanlıda cəlladlar lal və kar idi
“Möhtəşəm yüz il” serialının dünən yayımlanan bölümündə Sultan Süleyman tərəfindən boğulub öldürülən şahzadə Mustafanın edamı səhnəsində rejissorlar tarixi detalı unudaraq, “möhtəşəm” səhvə yola veriblər.
Ailem.az-ın xəbərinə görə, cəlladlar tərəfindən boğulduğu səhnədə onu öldürmək istəyənlərə müqavimət göstərən şahzadə Mustafa atasının çadırından qaçarkən, Sultan Süleyman cəlladlara “tez olun!” deyə əmr edir.
Elə, rejissorların tarixi səhvi də məhz bu məqamla bağlıdır. Belə ki, Osmanlı dövründə cəlladların hamısı lal və kar olurdular. Sultan Süleymanın onlara qışqıraraq əmr verməsi isə bu tarixi detalın unudulmasına və rejissor tərəfindən böyük səhvə imza atılmasına yol açıb.
Sosial şəbəkələrdə serialdakı bu səhv xeyli müzakirə olunub.
http://youtu.be/tbGB5QDyvfc