Gecce.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşar, keçən il 3 milyon lirə sərmayə yatırdığı idman zalını başqasına təhvil verib.
Məşhur sənətçi Hülya Avşar, keçən il “Hər şeyiylə rahat ola biləcəyim birməkan yaratmaq istəyirəm” dedikdən sonra”Maslak Şeraton Hotel”in içində”Club Peb” adlı bir idman salonu açıb. Orada işin gedişatı ilə şəxsən maraqlanan, inşaatın başında dayanıbgörülən hər işə nəzarət edən Avşar, idman müəllimlərini və qrupu da özü seçib.
Açdığı idman zalı nəzarət tələb etdiyindən, işlərini çoxalması səbəbiylə Hülya Avşarın ora ilə maraqlanmağa vaxtı olmayıb. Sənətçi, bu yaxınlarda 3 milyon lirə sərmayə qoyduğu həmən salonu bir başqasına təhvil verməyə məcbur olub. Bu səbəbdənüzüldüyü deyilən Hülya Avşarın, həmən idman zalının qarşılığında nə qədər pul aldığı açıqlanmayıb.