Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycan ordusunun zabiti Ramil Səfərovun erməni zabiti Qurgen Marqaryanı təhqiredici davranışlarına görə öldürməsini yenidən gündəmə gətiriblər.Modern.az saytı xəbər verir ki, bu gün həmin hadisənin 10 ili tamam olur. 2004-cü ilin fevral ayında Budapeştdə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ingilis dili kursunda iştirak edən erməni zabiti Azərbaycan zabitini öz davranışları ilə elə həddə çatdırıb ki, Ramil Səfərovn onu öldürməkdən başqa çarəsi qalmayıb. Hadisə 10 il əvvəl məhz bu gün baş verib. Səfərov 2006-cı il fevralın 13-də Budapeşt məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum olunub. 2012-ci il avqust ayının 31-də isə Azərbaycana ekstradisiya olunan Ramil Səfərovu Azərbaycan prezidentinin fərmanı ilə əfv olunub. Ermənilər isə indiyədək bu addımın əleyhinə çıxmaqdan əl keçmirlər.
Bu gün erməni KİV-ləri Ramil Səfərov əleyhinə hədyanlar püskürüblər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.