Suriyada öldürülən azərbaycanlılarla bağlı yeni video-görüntü yayılıb. APA-nın Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlara istinadən verdiyi məlumata görə, video-görüntülərdə Suriyanın Şam bölgəsində öldürülən 27 azərbaycanlının fotosu əks olunub. Həmin görüntülərdəki şəxslərdən bir neçəsinin ölüm xəbəri Azərbaycan mətbuatında getsə də, əksəriyyəti indiyədək yayımlanmayıb.
APA TV-nin xəbərinə görə, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosunu silahlılar sosial şəbəkələrdə yayıb.